“Xəzər Lənkəran”a ağır zərbə

xezer-lenkerana-agir-zerbe
Oxunma sayı: 651

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən məlumatına görə, Çexiyanın “Dinamo” klubu ilə qarşılaşan klubumuz 2-5 hesabı ilə məğlub olub.

Matçın 3-cü dəqiqəsində Rahid Əmirquliyev qüvvətli zərbə ilə hesabı açaraq komandamızı önə keçirsə də 9 dəqiqə sonra rəqib hesabda tarazlıq yaradıb.

Fasilədən sonra məşqçilər korpusu baxışda olan üç futbolçunu və heyətdə olan gənc futbolçuları meydana buraxıb. Nəticədə bundan maksimum yararlanan rəqib matçdan 5:2 hesablı qələbə ilə ayrılıb.

"Xəzər Lənkəran" bu gün axşam saatlarında hazırlğını tamamlayıb vətənə dönüb.