“Xəzər-Lənkəran”da dəyişiklik

xezer-lenkeranda-deyisiklik
Oxunma sayı: 645

Ümumiyyətlə, komandanın cari mövsümdə uğursuz çıxışı və "altılıq"dan kənarda qalmaq təhlükəsi klub rəhbərliyini ciddi addımlar atmağa vadar edib. Sportal.az-ın əldə etdiyi xəbərə görə, "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimov komandanı bu vəziyyətdən çıxarmağı düşünür. Bu səbəbdən də klubun idman direktoru vəzifəsinə beynəlxalq dərəcəli keçmiş hakim Babək Quliyev təyin olunub.

Quliyev bundan sonra cənubluların həm əsas komandası, həm də uşaq futboluna cavabdeh olacaq. Ona çempionat itirilsə də, kuboku Lənkərana gətirmək barəsində tapşırıq verilib.