“Xəzər Lənkəran”da yunan hücumçu

xezer-lenkeranda-yunan-hucumcu-
Oxunma sayı: 645

Dimitris karyerasına “Etnikos”da (Asteras) başlayıb. 2006-cı ildə “Panionios”ə keçən hücumçu burada 2 il çıxış edib. Həmin müddətdə 24 oyuna 6 qol vuran Sialmas növbəti mövsümdə “Etnikos”un (Pirey) şərəfini qoruyub.

3 il əvvəl “Yannina”ya transfer olunan forvard 2010-cu ilin yarısını icarə əsasında “Olimpiakos”da (Volos) keçirib. Bu komandalarda müvafiq olaraq 35 və 9 oyun keçirən Sialmas “Yannina”da məhsuldarlığı ilə seçilib – 18 qol. Volos təmsilçisində 3 dəfə fərqlənməyə imkan tapan Dimitrisin karyerasında yeni dövr 2011-ci ilin avqustunda başlayıb. Həmin vaxt AEK-lə 3 illik müqaviləyə imza atıb.

Ötən mövsümü AEK-də 27 oyun keçirib, 4 qol vuran hücumçu 2 dəfə ölkə çempionatı, 2 dəfə Avropa Liqasında fərqlənib. Yunanıstan Superliqasında hər 2 qolunu “Levadiakos”la səfər matçında vuran Sialmas beynəlxalq arenada da 1 dəfə rəqib meydanında fərqlənib.

O, qrup mərhələsində Moskvada “Lokomotiv”in qapısına yol tapıb. Onun növbəti qolu isə “Anderlext”lə görüşə təsadüf edib.