“Xəzər-Lənkəran”dan azarkeşlərin həbsinə - Reaksiya

xezer-lenkerandan-azarkeslerin-hebsine-reaksiya
Oxunma sayı: 641

Bu barədə “Qafqazinfo”ya açıqlama verən azarkeşlər buna səbəb kimi fevralın 11-i Lənkəranda baş tutan “Xəzər Lənkəran” – “İnter” qarşılaşmasında fakel yandırmalarını göstəriblər. Bu hadisədən sonra polis azarkeşləri çölə çıxarıb. Hətta azarkeşlər polisin onlara təzyiq göstərdiyini də bildirib.

Azarkeşlər qeyd edib ki, həbs olunan Əmrəli adlı azarkeşə 2 sutka, Kamal, Tural, Məsim ve Anara isə 3 sutka həbs verilib.

Qeyd edək ki, həbs olunan 5 nəfər “Xəzər-Lənkəran”ın "Green Gate 2" fan qrupunun üzvləridir.

***
Azarkeşlərin həbsi ilə bağlı “Xəzər-Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev “Qafqazinfo”ya açıqlamasında klubun bu məsələ ilə bağlı heç bir açıqlama yaymayacağını və məsuliyyət daşımadığını bildirib: “Azarkeşlər ciddi qanun pozuntusuna yol veriblər və həmin azarkeşlər kluba maddi zərər vurublar”.

Mətbuat xidmətininn rəhbəri qeyd edib ki, onlar bu işlə tanış olublar və həqiqətən də həmin azarkeşlərin fakel yandırdığı və oturacaqları sındırdığı məlum olub: “Biz dəfələrlə demişik ki, fakel yandırmaq çox təhlükəlidir. Hər oyundan qabaq azarkeşləri bu cür vərdişlərdən əl çəkməyə çağırırıq. Onları fakel yandırmamağa, stadiona kənar əşyalar atmamağa çağırırıq”.