“Xəzər Lənkəran”dan gedən var

xezer-lenkerandan-geden-var
Oxunma sayı: 631

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, Komandanın heyətinə 2012-2013 mövsümünün qış fasiləsi zamanı cəlb olunan argentinalı forvard haqqında son qərar, bu gün, futbolçu ilə klubun ofisində keçirilən görüşdən sonra verilib.

Qarşılıqlı anlaşma əsasında Olquinlə “Xəzər Lənkəran” arasında olan müqavilə ləğv olunaraq futbolçuya gələcək karyerasında uğurlar arzulanıb. Lusiano da öz növbəsində formasını daşıdığı klubun qarşıdakı oyunlarda qələbə ilə meydandan ayrılaraq ən son Azərbaycan kubokunun sahibi olacağına ürəkdən inandığını dilə gətirib.