Xəzər-Lənkərandan iki qol

xezer-lenkerandan-iki-qol
Oxunma sayı: 640

Trend-in məlumatına görə, ilk oyun günündə Bakının "AZAL" klubu "Xəzər Lənkəran"ı qəbul edib.

Lənkəranlılar fasiləyə matçın son dəqiqələrində Manuel Skarlatakenin dubla imza atması ilə üstün yollanıblar. Fasilədən sonra qol qeydə alınmadığından, oyun elə bu hesabla da başa çatıb (0:2).

Bu qələbədən sonra "Xəzər Lənkəran" 8 xalla 6-cı pilləyə yüksəlib.

Çempionatda ilk məğlubiyyətini alan Vaqif Sadıqovun yetirmələri isə 7 oyundan 12 xalla 2-ci pillədədirlər.

Qeyd edək ki, Premyer Liqada VIII turun digər görüşləri sabah keçiriləcək.