“Xəzər – Lənkəran”dan ispaniyalı baş məşqçi ilə bağlı - Açıqlama

xezer-lenkerandan-ispaniyali-bas-mesqci-ile-bagli-aciqlama
Oxunma sayı: 644

Korner.az-ın yaydığı məlumata görə, artıq klub bu məşqçi ilə qısa zaman ərzində müqavilə bağlayacaq. Hətta məşqçinin İspaniyanın məşhur “Barcelona” klubunda çalışdığı da bildirilib.
Məlumatı dəqiqləşdirmək üçün “Xəzər – Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Yalçın Əliyevlə əlaqə saxladıq.
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən mətbuat ximətinin rəhbəri yayılan xəbərin həqiqətə uyğun olmadığını bildirib: “Bu düzgün məlumat deyil. Klub baş məşqçi kimi heç kimlə anlaşmayıb. Hələ ki, axtarışdayıq”.
Y. Əliyev rəhbərliyin xarici məşqçilərlə yanaşı, yerli mütəxəssislər barədə də düşündüyünü qeyd edib: “Rəhbərlik baş məşqçi ilə bağlı axtarışdadır. Onların masasının üstündə bir siyahı var. Bu siyahıda xarici mütəxəssislərlə yanaşı, yerli məşqçilərin də adı var. Demək olar ki, Avropa ölkələrinin hamsından məşqçi almaq barədə düşünülür. Hətta bu siyahıda İspaniya və Rusiyadan olan mütəxəssilərin də adı yer alıb”.

Sevinc