“Qafqazinfo” klubun rəsmi saytına istinadən məlumat verir ki, futbolçulardan və administrativ işçilərindən ibarət heyəti Ana Fəryadı heykəli qarşısına əklil qoyaraq bu qanlı faciənin 21-ci ildönümündə də Xocalı şəhidlərini unutmadıqlarını ifadə etdilər. Yerli məşqçilər legioner futbolçuları faciə haqında məlumatlandıraraq onlara həmin hadisələrin təfərrüatlarını danışdılar.