“Xəzər Lənkəran”ın həkimi yenə aranı qarışdırdı

xezer-lenkeranin-hekimi-yene-arani-qarisdirdi
Oxunma sayı: 647

“Qafqazinfo”nun milli.az-a istinadən verdiyi xəbərə görə, “Gəmiçilər” həkimi Gennadi Kişlar Kamranın zədəli olmadığını bildirib: “Kamranın heç bir zədəsi yoxdu. Ümumiyyətlə, qapıçının son açıqlamaları qeyri-səmimidir. Şəxsən mən onun zədəli olmadığını sübut edə bilərəm. Bundan artıq heç nə söyləyə bilmərəm”.

Qeyd edək ki, “Neftçi” ilə oyunda meydana çıxmayan qolkiper Kamran Ağayev bunu zədəli olması ilə izah etmişdi. Ancaq Lənkəran klubu futbolçunu oyuna qəsdən çıxmamaqda günahlandıraraq komandadan qovmuşdu.