“Xəzər Lənkəran”ın son şansı

xezer-lenkeranin-son-sansi
Oxunma sayı: 662

“Qafqazinfo”nun verdiyi məlumata görə, “Xəzər Lənkəran” səfərdə Estoniyanın “Nomme Kalyu” klubu ilə qarşılaşacaq.
Evdə rəqibi ilə 2:2 hesablı heç-heçəyə razılaşan cənub təmsilçisi mərhələ adlamaq üçün bu görüşdə qələbə qazanmalıdır. Məğlubiyyət, 0:0 və ya 1:1 hesablı heç-heçə estonları növbəti mərhələyə çıxaracaq. Lənkəranlılar isə 3:3 və ya daha çox toplu heç-heçə ilə rəqibi üstələyə bilər.

Avroliqa, I təsnifat mərhələsi
Cavab görüşü

10 iyul

20:45. “Nomme Kalyu” (Estoniya) – “Xəzər Lənkəran” (ilk oyun – 2:2)
Baş hakim: Daq Vidar Hafsas
Baş hakimin köməkçiləri: Sveyn İnqe Uiken, Jan Erik Enqan
Dördüncü hakim: Trond İvar Dovl (hamısı Norveç)
Hakim-inspektor: Yonas Braqa (Litva)
UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya)
10 iyul. Tallinn. Kadrioru stadionu

Ceyhun Əhmədov