Xəzər sammitinin başlama tarixi açıqlandı

xezer-sammitinin-baslama-tarixi-aciqlandi
Oxunma sayı: 3295

Xəzər sammitinin keçiriləcəyi tarix və yer bəlli olub.

“Qafqazinfo” “İnterfax”a istinadən xəbər verir ki,  Qazaxistanın XİN rəhbəri Kayrat Abdaraxmanov 5 xəzəryanı dövlətin avqustun 12-si Aktauda bir araya gələcəyini açıqlayıb. Nazirin sözlərinə görə, bütün dövlətlər diplomatik kanallar vasitəsilə sammitdə iştiraklarını təsdiqləyiblər.  Bu toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir.

Aysel Kərimova