“Xəzər” sərhədləri aşır

xezer-serhedleri-asir
Oxunma sayı: 647

Klubdan “Qafqazinfo”ya verilən məlumata görə, ölkənin 6 nüfuzlu ali məktəbini özündə cəmləyən “Universitet liqası”nın sıraları artıb. Bu dəfə ölkə xaricindən layihəyə dəstək gəlib. Şimali Kipr Yakın Doğu Universitetinin sinxron keçirilən “Nə? Harada? Nə zaman?”oyunlarına qatılması “Universitet liqası”na olan marağı daha da artırıb.

Universitetin tələbəsi və Xəzər İGK-nın koordinatoru Nərmin Əliyeva keçirdikləri cəmi iki oyunda tələbələrin marağının müşahidə edildiyini bildirib. O eyni zamanda digər millətlərdən olan tələbələrin də gələcək oyunlarda iştirakını istisna etmir: “Artıq qırğızlar və türklər də oyunlarımızla maraqlanır, iştirak etmək istəklərini bildirirlər. Yaxın zamanlarda “Nə? Harada? Nə zaman?” üzrə də böyük turnir keçirməyi düşünürük. Sualları türk və ingilis dillərinə tərcümə edəcəyik ki, hamı turnirə qatıla bilsin.”

Nigar Məmmədli