“Xəzər” Şimali Kiprdən futbolçu transfer etdi

xezer-simali-kiprden-futbolcu-transfer-etdi
Oxunma sayı: 1378

I divizionda mübarizə aparan “Xəzər” klubu FK mövsümün ikinci yarısına hazırlıq çərçivəsində növbəti transferini reallaşdırıb.

“Qafqazinfo” kluba istinadən xəbər verir ki, mövsümün ilk yarısını Şimali Kiprin “Yeniboğaziçi” klubunda keçirən Nodar Məmmədovla mövsümün sonuna qədər müqavilə imzalanıb.

“Şahdağ” futbol klubunun yetirməsi olan 30 yaşlı müdafiəçi müxtəlif illərdə “Qarabağ”, MOİK, “Qəbələ”, “Rəvan”, “Sumqayıt” və “Xəzər Lənkəran” klublarında da oynayıb.