Xəzər Universitetinin təşkil etdiyi Olimpiada başa çatıb

xezer-universitetinin-teskil-etdiyi-olimpiada-basa-catib-
Oxunma sayı: 667

Universitetdən “Qafqazinfo”ya verilən məlumata görə, Olimpiadanın məqsədi layiqli namizədlərin seçilməsi və onların mükafatlandırılmasıdır. Təqdimat Mərasimində Olimpadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini, İctimai Əlaqələr və Media üzrə Direktor Əlövsət Əmirbəyli geniş hesabat məruzəsi ilə çıxış edib. Ə. Əmirbəyli görülən işlər haqqında məlumat verərək bildirib ki, Olimpiada 28-29 aprel 2012-ci il tarixlərində Bakı, Gəncə, Şəki, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərlərində keçirilib. Olimpiadanın son turunda respublika üzrə toplam 1111 nəfər (I qrup üzrə-305 nəfər, II qrup üzrə-403 nəfər, III qrup üzrə- 277 nəfər, IV qrup üzrə 126 nəfər) iştirak edib. Bütövlikdə Respublika Olimpiadasına ölkənin 311-dan artıq Tam Orta Məktəblərin, Liselərin XI sinif şagirdləri qatılıb.

Ə. Əmirbəyli sonra Olimpiadada ən yüksək nəticə - 680 bal toplamış Sumqayıt şəhərinin Təbiət və Texniki Elmlər liseyinin şagirdi Emil Süleymanlınıb və Sumqayıt şəhər 28 saylı Tam Orta məktəbin şagirdi Xasay Xasayzadənib, I, II, III yer tutanları və diploma layiq görülənlərin adlarını elan edib. Qaliblərə Xəzər Universitəsinin diplomları və qiymətli hədiyyələri təqdim edilib.

Diplom və hədiyyələri Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, prof. Hamlet İsaxanlı, Universitetin rektoru, prof. John Ryder və digər rəsmi şəxslər təqdim ediblər. Təqdimat Mərasimində Olimpiadada fərqlənmiş Azərbaycanın (Bakı ,Gəncə,Sumqayıt, Şəki, Lənkəran, Mingəçevir) 42 məktəb, 5 rayon təhsil şöbəsi müdirlərinə, həmçinin təhsil sahəsində Xəzər Universitetinə dəstək vermiş rayonların – Nizami, Səbail, Xətai, Suraxanı,Yasamal və Binəqədi Rayon İcra Hakimiyyəti Başçılarına və Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin Təhsil Müşaviri Halis Koyuncuoğluna Universitetin Fəxri Diplomları təqdim edilib. Təqdimat Mərasiminin sonunda qonaqlar Xəzər Universitəsi tələbələrinin ifasında konsert proqramına baxıblar.

Nigar Məmmədli