“Xəzər” və “Sabah”dan darmadağın

xezer-ve-sabahdan-darmadagin
Oxunma sayı: 1187

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 19-cu turun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub. Matçlarda qeydə alınan nəticələri diqqətinizə çatdırıırıq:

Birinci Divizion
19-cu tur
19 mart

“Xəzər” – “Mil-Muğan” 5:0
Qol: Kənan Mirzəliyev, 10. Vadim Abdullayev, 17. Tural Qürbətov, 66; 87. Ramil Həsənov, 73.
Qırmızı vərəqə: Anar Babazadə, 79 (Mil-Muğan).
Hakimlər: Ramil Diniyev, Rahin Heybətov, Samir Ələsov, Elgün Hüseynov.
Bakı. “İnter Arena”.

“Turan Tovuz” – “Şüvəlan” 1:0
Qol: İlkin Rzayev, 30.
Hakimlər: Rəhim Həsənov, Elman Kərimov, Pərvin Talıbov, Namiq Bəkirov.
Tovuz şəhər stadionu.

“Ağsu” – “Zaqatala” 0:1
Qol: Haqverdi Həsənov, 24.
Qırmızı vərəqə: Nurlan İsbəndiyarov, 54 (Ağsu). Haqverdi Həsənov, 69 (Zaqatala).
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Vüqar Bayramov, Nahid Xasıyev.
Ağsu şəhər stadionu.

MOİK – “Qaradağ Lökbatan” 1:2
Qol: Bəhruz Teymurov, 85-pen. – Ruslan Voronsov, 58. Əliqulu Manafov, 90.
Hakimlər: Elvin Əsgərov, Vüsal Qənbərov, Tural Bayramov, Alik Yunusov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

“Sabah” – “Binə” 5:0
Qol: İlqar Ələkbərov, 8. Mənsur Nəhavəndi, 15-avtoqol. Raul Yaqubzadə, 17. Emin Mehtiyev, 62. Artyom Zabun, 85.
Qırmızı vərəqə: Məqsum Qənbərli, 90+2.
Hakimlər: Ömər Paşayev, Məmmədəli Kərimov, Elxan Əsgərzadə, Elxan Müslümov.
Binə qəsəbə stadionu.