Xəzər yenə can aldı

xezer-yene-can-aldi
Oxunma sayı: 1674

Bakıda daha bir nəfər dənizdə batıb. 

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (qadağan olunmuş vaxtda çimərkən) 1 nəfərin batması barədə məlumat daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 1985-ci il təvəllüdlü Əliyev Murad Rəfayıl oğlunun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.