Xəzərdə içərisində meyitlər olan qayıq tapılıb - FHN-dən açıqlama

xezerde-icerisinde-meyitler-olan-qayiq-tapilib
Oxunma sayı: 5457

Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlanıb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub.

Qayıqda iki nəfərin meyitinin olduğu ehtimal edilir.

***

Fövqəladə Hallar Nazirliyi dənizdə meyitlərin tapılması ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb. Məlumat aidiyyəti qurumlara ötürülüb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hal-hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.

***

Bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin (şəxsiyyətləri məlum  deyil) meyiti FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-3” gəmisinin göyərtəsinə götürülüb.

Meyitlər və qayıq aidiyyəti üzrə təhvil veriləcək.