Xəzərdə köməksiz qalan balıqçı xilas edildi

xezerde-komeksiz-qalan-baliqci-xilas-edildi
Oxunma sayı: 643

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, daxil olan məlumata əsasən, 1 nəfər balıq tutmaq məqsədi ilə rezin qayıqda Bakı şəhəri, Səbail rayonu ərazisindən dənizə çıxıb və küləkli hava şəraitində (sahildən təxminən 2 km dənizin içərilərinə doğru) köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin “Şıx-2” sularda xilasetmə məntəqəsinin, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və vətəndaşı xilas ediblər. Əməliyyat saat 13:50-də başa çatıb.

Eldar Tanrıverdiyev