Xəzərdə sezonun ilk faciəsi

xezerde-sezonun-ilk-faciesi
Oxunma sayı: 1175


 “Qafqazinfo” xəbər verir ki, Binəqədi rayonun ərazisində dənizdə (“Fatmai” sularda xilasetmə məntəqəsindən 1 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 2001-ci il təvəllüdlü Musayev İslam Hüseyn oğlunun axtarışları başa çatmışdır. İ.Musayevin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 800 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.