“Xəzər”dən ARB-yə keçdi

xezerden-arb-ye-kecdi
Oxunma sayı: 3491

8 ildir ki, efirdə yayımlanan “İrəmlə uşaqdan böyüyə” proqramı başqa kanalda yayımlanacaq. “Qafqazinfo” xəbər verir ki, layihənin aparıcısı və müəllifi İrəm Nəbiyeva Xəzər TV ilə yollarını ayıraraq ARB-də efirə çıxacaq.

Proqram bu dəfə “İrəmlə balaca böyüklər” adı ilə ekrana çıxacaq. Verilişinin ilk qonaqları xalq artisti Flora Kərimova, qızı Zümrüd və model Rüstəm Cəbrayilov olacaq. 

Qeyd edək ki, “İrəmlə uşaqdan böyüyə” ilk dəfə ANS TV-də yayımlanıb.