“Xəzərin dibi ilə magistral kəmərlərin çəkilməsini planlaşdırmırıq”

xezerin-dibi-ile-magistral-kemerlerin-cekilmesini-planlasdirmiriq
Oxunma sayı: 1204

Rusiya Xəzər dənizinin dibi ilə magistral boru kəmərlərinin çəkilişini planlaşdırmır.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov “Kommersant”a müsahibəsində deyib:

“Əslində Rusiyanın və digər sahilyanı ölkələrin artıq Xəzərdə minlərlə kilometr müxtəlif təyinatlı boruları çəkilib. Bu cür texniki boru kəmərlərinin sayı yalnız çoxalacaq. Magistral, transxəzər boru kəmərlərinin çəkilməsi isə planlarımızda yoxdur”.