“Xəzər”in efirində aparıcının üstünə qaynar su dağıldı - Video

xezerin-efirinde-aparicinin-ustune-qaynar-su-dagildi
Oxunma sayı: 4580

Xəzər TV-də yayımlanan “Nuş olsun” proqramında gözlənilməz hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, verilişin aparıcısı Ağakərim Şamidzadənin üstünə qaynar su tökülüb. 

Formata uyğun olaraq yemək hazırlayan aparıcı sobanın üstündə qaynayan suyu götürmək istəyib və bu zaman diqqətsizliyə yol verib.  Həmin vaxt isti su Şamidzadənin üstünə dağılıb. 

O, “Yandım mən” deyərək studiyanı tərk edib, veriliş reklamlara ayrılıb.