“Xəzər”in həbsdəki azarkeşindən rəhbərliyə - - Sərt sözlər

xezerin-hebsdeki-azarkesinden-rehberliye-
Oxunma sayı: 2421


"Xəzər Lənkəran"ın həbsdə olan azarkeşi Elman Tağıyev klubun fanatlarına müraciət edib.

"Qafqazinfo" xəbər verir ki, məhbus fanat məktubunda klub rəhbərliyini sərt tənqid edib:

"Əvvəla bütün Xəzər Lənkəran azərkeşlərinə salam! Adlar çəkmirəm.Sanmayın unutmuşam hamınız qəlbimdəsiniz! 

Mən Tağıyev Elman (Xəzər Lənkəran Azərkeşləri içində “ELİKO” kimi taninan) 25.08.2013 cu il tarixindən həbsdəyəm. Həbs olma səbəbi araşdırılır və nəticəsi az çox bəllidir.Böyük ehtimalla həbs olunacam. Mənə təsir edən məqam isə Xəzər Lənkəran klubunun rəhbərliyinin “BİZ HƏMİŞƏ AZARKEŞLƏRİMİZİN ARXASINDAYIQ!” ifadəsidir. Ağız dolusu ilə Peşəkarlıqdan danışan XL rəhbərliyi hanı sənin dırnaq arası peşəkarlığın?! 5 aydır ki, KÜRDƏXANI təcridxanasındayam. Mənimlə birlikdə 4 nəfər də Xəzər azərkeşi var! Biz tutulanların arxasındayıq deyəndə utanmadınız?! Mənə, yəni Tağıyev Elman, Əkbərov Aqşinə, İbrahimli Elmana və Abdulayev Elçinə heçnəyiniz lazım deyil. Sadəcə Mətbuata yalan açıqlamalarla heçkimi aldatmayın, heç olmasa tutulanlar haqda maraqlanmısız ki, kimlərdir ? Xeyr,uzağı tanıdığınız mən olaram o adların içində.Çünki, çox sağolsun dostlar məni Facebook və KİV-də adımı tez-tez işıqlandırıblar.

Həmişə “Neftci” peşəkarlığını bəyənmirsiz, pisləyirsiz! “NEFTÇİ”nin rəhbərliyindən tutmuş oyunçularına qədər hər kəs Neftçi komandasının azərkeşi olan və 5 aydır həbsdə olan Ərəbov Zaura hər cür dəstək verir.

Bir daha deyirik, bizə sizin heçnəyiniz lazım deyil. Biz nəyəsə görə, kiməsə görə azarkeşlik etmirik.Əgər belə olsaydı sizin “PUL”, ”DÖNƏR” alan azərkeş sırasında olardım və heç həbsə də düşməzdim. Biz bu komandanı qarşılıqsız sevdik. Ağ Yaşıl şərfə isindik, sevgimizi istər sosial şəbəkədə istərsə də TRİBUNADA anlatdıq.

Özümüzə rəqib görmədik. Yenə də görmürəm. "BİZƏ HƏR YER LƏNKƏRAN" sözü hədər yerə deyilməyib. Kürdəxanıda bu sözlə qalırıq. Sevdik bu komandanı, eybi yoxdu peşman da deyiləm. Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə bizə 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər, baxmayaraq ki, bizim günahımız yoxdur. Bizlər bu klubu, o Ağ Yaşıl rəngləri sevdik və bu komandanı dəstəklədik. 3 il, 5 il, 7il dustaq olarıq. Amma bundan sonra siz nə insanlıqdan, nə də “PEŞƏKARLIQDAN” danışmayın. Mətbuatda yazıldı ki, guya bizə görə Höccət Hacıyevi məhkəməyə göndərmişdiz? XEYR! Məhkəmə Höccət Hacıyevi zərərçəkmiş şəxs qismində dəvət etmişdir. Zərər çəkmiş şəxs kimi olmasaydı o da məhkəmə zalında iştirak etməzdi, necə ki, XL rəhbərliyi iştirak etmədi.Hər sözündə biz UEFA, FİFA nə bilim CASda qalib gəldik, bu da TUYQUN Nadirovun sayəsində oldu deməklə deyil. Siz günahsız azərkeşin arxasında dura bilmədiz. Düz 5 aydır BAKI-LƏNKƏRAN yolundayıq. Yalandan, gözdən pərdə asmaq üçün özünüzü reklam etməyin. Lənkəranda belə söz var: YAXŞİ OĞLANIN “DUSTAĞI” olmaz. Peşakar klubun da “DUSTAĞI” olmaz!

3 ay bundan əvəl Xəzər Lənkəran Futbol klubunun rəhbəri KİV-də müsahibəsində bildirmişdi ki, qış fasiləsində istintaq altında olanların yaxınları ilə görüşəcəyik. Bəsdirin iç üzünüz çoxdan açılıb. Heçnəyiniz bizə lazım deyil!

Heyf belə bir azarkeşlərdən ki, onlar o klub üçün ölməyə belə hazırdı!! Bəs siz ?

Biz bu komandanı nəyə görəsə və kimə görəsə sevməmişik, sevmərik də! Biz bu komandanı ürəkdən sevmişik, Sevəcəyik də!

Mən Eliko ölənə kimi Xəzərliyəm!!!!!! Bu komanda ilə qürur duyuram! Komandanı bu vəziyyətə salanları öz vicdanları ilə baş-başa buraxıram.Əgər onlarda Vicdan varsa. Azarkeşlərə səslənirəm ki, mən- Eliko kimi divar arasına düşməyin, çünki öz "peşakarlığı" ilə seçilən Xəzər Lənkəran FK-nın rəhbərliyi sizlərin arxasında durmayacaq!

Növbəti məhkəmə 22 Yanvar tarixinə saat 09:30 salındı.

Məni tanıyan bütün azərkeşləri və KİV nümayəndələrini məhkəməyə dəvət edirəm. Sağolun..."