Xəzəryanı dövlətlər razılığa gəldilər

xezeryani-dovletler-raziliga-geldiler
Oxunma sayı: 652

Bu barədə İTAR-TASS xəbər verib. Aktauda "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə (Tehran) Konvensiyasının üçüncü iclası keçirilib.
Tehran Konvensiyasının Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan tərəfindən 2003-cü ildə imzalanmasına baxmayaraq, ölkələr arasında dəniz mühitinin qorunmasına yönələn iş əlaqələndirilməyib. Təkcə reaksiya üzrə protokolun razılaşdırılması 8 il çəkib.

Qazaxıstanın ətraf mühitin mühafizəsi naziri Nurqali Aşimovun qeyd etdiyinə görə, sənədin mahiyyəti ondan ibarətdir ki, "beş ölkə bütün mümkün qəzalara operativ reaksiya vermək, bir-birini xəbərdar etmək barədə öhdəlik götürürlər".

Xəzəryanı dövlətlərin nümayəndələri mübahisəli məsələlərin həlli və Tehran Konvensiyasının digər protokollarının razılaşdırılması üzrə dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.

Trend