“Xiaomi” şirkətindən “ağıllı” bloknot

xiaomi-sirketinden-agilli-bloknot
Oxunma sayı: 1684

“Xiaomi” şirkəti qurğularının çeşidini genişləndirməyə davam edir.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, şirkət tərəfindən hazırlanmış bloknot avtomatik olaraq bütün yazıları rəqəmləşdirir.

Bloknotda istifadə edilən elektromaqnit rezonans texnologiyası qələmlə çəkilmiş xətləri yüksək dəqiqliklə müəyyənləşdirməyə imkan verir. Elektronika bu siqnalı emal edərək onu rəqəmli sənəd şəklində saxlayır. Beləliklə, konspekt, şəkil, çertyojları yadda saxlamaq olar.

Bundan başqa əllə yazılmış mətnin tanınması funksiyası var: belə mətn avtomatik olaraq “Word” sənədə çevriləcək. Bloknot istənilən kağızla işləyir. Bütün yazıları “iOS”, “Android” və “Windows 10” üçün proqramlar vasitəsilə saxlamaq olar.