“Xiaomi” smartfonlarının istehsalı dayandırılır

xiaomi-smartfonlarinin-istehsali-dayandirilir
Oxunma sayı: 3560

Çinin “Xiaomi” şirkəti öz brendi ilə buraxılan smartfonların istehsalının dayandırılması ilə bağlı qərar qəbul edib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “Xiaomi” yeni “Pocophone” brendi ilə əvəz ediləcək.

“Xiaomi” şirkətinin yeni brendi ilə bağlı informasiya ABŞ Federal Rabitə Komissiyasının (FCC) məlumatlarında öz təsdiqini tapır. Komissiyanın məlumatına görə, “Pocophone” adı artıq ABŞ-da qeydiyyatdan keçib. Bundan başqa, yeni əmtəə nişanı Avropa və digər regionlarda qeydiyyata alınıb.

Beləliklə, “Xiaomi” smartfonlarının satışdan tam çıxarılaraq yeni ada malik qurğularla əvəz ediləcəyi bildirilir. Lakin bir sıra ekspertlər “Xiaomi” qurğularının Çinin daxili bazarında qalacağını düşünsə də, bunu sübut edən məlumatlar mövcud deyil.