“Xiaomi” yeni flaqman modelinin təqdimat tarixini açıqladı

xiaomi-yeni-flaqman-modelinin-teqdimat-tarixini-aciqladi
Oxunma sayı: 1531

“Xiaomi” şirkəti özünün çərçivəsiz “Mi Mix 3” flaqman modelinin təqdimat tarixini rəsmi olaraq elan edib.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, yeni model 25 oktyabr tarixində Pekində təqdim olunacaq.

Şirkət tərəfindən paylaşılmış bir foto sayəsində belə qənaətə gəlmək olar ki, “Mi Mix 3” 5G texnologiyasına və 10 GB RAM-a sahib olacaq.

Smartfonun 6.4 inç AMOLED ekran, “Snapdragon 845” prosessoru, ikili arxa kamera və ekrana inteqrasiya olunmuş barmaq izi skanı ilə təchiz olunacağı gözlənilir.

Dəqiq məlumat açıqlanmasa da, çox güman ki, smartfon MIUI 10 interfeysli “Android 9.0 Pie” əməliyyat sistemi vasitəsilə çalışacaq.