“Xiaomi” yeni modelini təqdim etdi - Foto

xiaomi-yeni-modelini-teqdim-etdi
Oxunma sayı: 1398

“Xiaomi” şirkətinin müstəqil brendi olan Redmi özünün növbəti smartfon modeli olan “Redmi 7”ni təqdim edib.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, yeni model 19:9 nisbətli HD+ keyfiyyətli 6.26 düym IPS ekrana sahibdir.

Smartfonun ekranı qoruyucu göy rəng filtri də əldə edib. Bunun sayəsində istifadəçinin gözləri az yorulur. Smartfonun ön kamerası üçün ekran üzərində damcı formalı çıxıntı hissə yerləşdirilib. Ekran matrisasının özü isə smartfonun ön panelinin 80%-ni əhatə edir.

“Redmi 7” modeli 8 nüvəli “Snapdragon 632” prosessoru, “Adreno 506” qrafik sürətləndirici, 2/3/4 GB RAM, 16/32/64 GB daxili yaddaş həcmi (256 GB-a kimi microSD dəstəkli), 12 MP (f/2.2 diafraqmalı) + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Smartfonun hər iki kamerası süni zəka texnlogiyasının dəstəyini əldə edib. Beləliklə onlar çəkilmiş fotoların keyfiyyətlərini avtomatik şəkildə yaxşılaşdıra bilirlər.

Bu modelin arxa panelində həmçinin barmaq izi skanı texnologiyası yerləşir və smartfonun özündə 3.5 mm-lik audiogiriş hissəsi var. “MIUI 10” interfeysli “Android Pie” əməliyyat sistemi vasitəsilə çalışır.

Qeyd edək ki, “Redmi 7” smartfonları 26 martda Çində satışa çıxacaq. 2 GB RAM və 16 GB daxili yaddaşa sahib versiya 104 dollara, 3 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 119 dollara, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya isə 148 dollara satılacaq.