XİN-dən Lavrovun Qarabağla bağlı açıqlamasına - Münasibət

xin-den-lavrovun-qarabagla-bagli-aciqlamasina
Oxunma sayı: 2650

“Azərbaycan tərəfi Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır”.
 
“Qafqazinfo”nun xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Tvitter mikrobloqunda yazıb.
 
Qeyd edək ki, bu gün S. Lavrov 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həllində mərhələli yanaşma tərəfdarı olduğunu bildirib: “Məsələyə mərhələli yanaşma lazımdır. Bu mərhələli yanaşma nəyi indi etməyin mümkünlüyünü göstərəcək, münaqişənin yekun həlli və Dağlıq Qarabağın statusu ilə bağlı əlavə müzakirəyə ehtiyac olan yolları müəyyən edəcək”.