DSX əməkdaşlarına hökm oxundu

dsx-emekdaslarina-hokm-oxundu
Oxunma sayı: 2243

Azərbaycana gələn əcnəbilərdən ödəmələrdən artıq məbləğdə pul almaqla bağlı təqsirləndirilən Dövlət Sərhəd Xidmətinin baş leytenantı Lətif Zeynalov və gizir Zaur Qasımlıya hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hökmü ilə hər iki şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar. Bu işdə xarici vətəndaşlar zərərçəkmiş kimi tanınıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, həmin şəxslər 2018-ci il yanvarın 26-da saxlanılıblar.

Onlarla birgə həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin beynəlxalq hava limanındakı məsul şəxsləri Elton Xəlilli və Anar Quliyevin cinayət işi ayrıca icraata götürülüb. 

Murad Əhməd