XİN rəhbəri Almaniya kanslerinin məsləhətçisi ilə görüşüb - Foto

xin-rehberi-almaniya-kanslerinin-meslehetcisi-ile-gorusub
Oxunma sayı: 860

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federal Kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə məsləhətçisi Yan Heker ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, görüşdə tərəflər Almaniya və Azərbaycan arasında mövcud olan əməkdaşlıq münasibətlərinin gündəliyi üzrə fikir mübadiləsi apardılar və ikitərəfli əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə ediblər.

Nazir Elmar Məmmədyarov qarşı tərəfə bölgədə sülh və təhlükəsizliyə ən böyük maneə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyəti barədə məlumat verib.

Tərəflər, habelə qarşılıqlı maraq və narahatlıq kəsb edən regional və beynəlxalq məsələləri müzakirə ediblər.