XİN rəhbərlərinin görüşünün vaxtı dəyişdirildi

xin-rehberlerinin-gorusunun-vaxti-deyisdirildi
Oxunma sayı: 932

NATO-ya üzv və tərəfdaş ölkələrin xarici işlər nazirlərinin görüşü martın 31-nə təxirə salınıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə alyansın rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

“Şimali Atlantika Şurasının xarici işlər nazirləri səviyyəsindəki görüşü martın 31-də NATO-nun qərargahında keçiriləcək”, - xəbərdə vurğulanıb.

Qeyd olunur ki, bütün görüş çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberq iştirak edəcək. 

Xatırladaq ki, daha əvvəl görüşün 5-6 aprel tarixlərində keçirilməsi planlaşdırılmışdı.