Xınalığa qar yağdı - Fotolar

xinaliga-qar-yagdi
Oxunma sayı: 1886

Aprelin 17-si gündüz saatlarından Qubanın Xınalıq kəndinə qar yağmağa başlayıb.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, səhər saat 11-dən sonra hava şəraiti kəskin dəyişərək güclü qar yağmağa başlayıb. Dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdə yerləşən kəndə hazırda qar yağmaqda davam edir.

Qısa müddətdə qarın hündürlüyü 2 santimetrə çatıb.