Xınalıq yolunda qar uçqunu belə baş verib - Video

xinaliq-yolunda-qar-ucqunu-bele-bas-verib
Oxunma sayı: 6274

Quba-Xınalıq yolunda qar uçqunu baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə yolun 32-ci kilometrliyində, 4 yerdə qeydə alınıb. 

Uçqun nəticəsində yeddi kəndlə əlaqə kəsilib. Xınalıq kəndi istiqamətində gedənlər və qayıdanlar yoldan geri qayıdıblar. 

“Azəravtoyol”un əraziyə gətirilən texnikasında nasazlıq yarandığı üçün yola əlavə texnika cəlb edilib. 

Emin Kərimov