Xınalıq yolunda sel “Mercedes”i dərəyə aşırdı - Fotolar

xinaliq-yolunda-sel-mercedesi-dereye-asirdi
Oxunma sayı: 4323

Bu gün günorta saatlarında Quba rayonu ərazisinə güclü yağış yağıb. 

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, Quba-Xınalıq yolunun 53-cü km-də güclü sel nəticəsində yolda olan “Mersedes” markalı avtomaşını yoldan çıxararaq dərəyə aşırıb. İstirahət üçün Xınalığa gələn Bakı sakinləri son anda avtomobili tərk edə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Quba-Xınalıq yolu bir müddət bağlı qalıb. Əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yolda hərəkət yenidən bərpa olunub.