Xınalıqdan tapıntı

xinaliqdan-tapinti
Oxunma sayı: 660

“Qafqazinfo”nun məlumatına görə, Xınalıq Dövlət qoruğunun ərazisində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Ərazidə işləyən arxeoloq İdris Əliyevin verdiyi məlumata görə tapıntıların qədim Tunc dövrünə, e.ə. III-II minilliklərə aid olması ehtimal edilir.

İdris Əliyev tapıntıların böyük əhəmiyyətə malik olduğunu deyir. Arxeoloqun sözlərinə görə, yaşayış məntəqəsi və kurqanın tədqiqindən sonra Xınalıq kəndi ilə bağlı bəzi mübahisəli məsələlərə aydınlıq gətirilə bilər.

Qeyd edək ki, kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. İdris Əliyev tezliklə mağaralarda arxeoloji qazıntıların aparılacağını bildirib.