Xırdalanda 4 otaqlı ev yandı

xirdalanda-4-otaqli-ev-yandi
Oxunma sayı: 815

Xırdalanda yanğın qeydə alınıb.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin bir otağında ev əşyaları 16 m² sahədə yanıb.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.