Xırdalanda ev yanıb

xirdalanda-ev-yanib
Oxunma sayı: 958

Abşeron rayonunda yanğın olub. 

“Qafqazinfo”nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Xırdalan şəhərində ümumi sahəsi 40 m2 olan 1 otaqlı  mənzildə baş verib. Nəticədə mənzilin  eyvanında 1 ədəd qaz sayğacı və binanın penoplastdan ibarət üzlüyü 5 m2 sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.