Xırdalanda nə baş verir?

xirdalanda-ne-bas-verir
Oxunma sayı: 794

Bu barədə “Qafqazinfo”ya VİP-dən məlumat verilib. Abşeronun rayon mərkəzi olan Xırdalan şəhər sakinlərinin Vətəndaş və İnkişaf Partiyası (VİP) Abşeron Rayon Təşkilatına etdikləri çoxsaylı müraciətlərdən aydın görünür ki. Z.Fərəcovun şəxsi maraqlarının təmin olunmasına yönəlik ardıcıl hərəkətləri problemləri heç də az olmayan yerli əhaliyə əlavə çətinliklər yaradır.

Qeyd olunur ki, Z.Fərəcovun Xırdalan şəhərindən paytaxt Bakıya işləyən iki müntəzəm avtobus marşrutundan birinin – 119 saylı marşrutun hələ sovet dönəmindən müəyyən edilmiş hərəkət istiqamətini dəyişdirməsindən (119 saylı avtobus yaxın aylara qədər Abşeron Rayon İcra Hakimiyyətinin yerləşdiyi küçə ilə hərəkət edirdi) yaranan narazılıqlar səngiməmiş icra başçısı əhalinin əsəblərini oynadan növbəti qərarlar qəbul edib. Prezident İlham Əliyevin sərəncamı ilə Abşeron rayonunun sosial-iqtisadi inkişafına 5 milyon manat vəsait ayrılmasından sonra isə Z.Fərəcovun həyata keçirməyə başladığı “inkişaf layihələri” sakinlərin narahatlığını birə beş artırıb. Bildirilir ki, Xırdalandakı bir çox yaşayış binalarının “abıra salınmasına” qərar verən Z.Fərəcov sakinlərin rahatlığını təmin etmək əvəzinə, onları çıxılmaz vəziyyətə salıb. “Abadlaşdırılma” aparılan yaşayış binalarında dam örtüklərinin sökülməsi və aradan kifayət qədər vaxt keçməsinə baxmayaraq, hələ də yenidən tikilməməsi şəhərdə yağan son güclü yağışlar zamanı sakinlərə ciddi maddi ziyan vurub. O da qeyd olunur ki, Xdırdalandakı həmin binaların dam örtüyünün indiyə kimi bərpa olunmaması hakimiyyətdaxili qruplaşmalar arasında mübarizənin özünəməxsus təzahürüdür. Məlumata görə, tikinti standartlarının pozulmasını əsas gətirən Fövqəladə Hallar Nazirliyi qeyd olunan binalarda tikinti işlərinin aparılmasına icazə vermir. Göründüyü kimi, hakimiyyətdaxili nüfuz mübarizəsində zərərçəkən tərəf yenə də sakinlərdir.

Xırdalan sakinləri sadalanan problemlərin həllini səbirsizliklə gözlədikləri bir vaxtda onları çətin vəziyyətə salan başqa məsələ baş qaldırıb. Artıq neçə gündür ki, Xırdalan şəhərində pərakəndə meyvə-tərəvəz satışı ilə məşğul olan vətəndaşlar Abşeron Rayon İcra Hakimiyyəti nümayəndələrinin və polis əməkdaşlarının ciddi təzyiqləri ilə üzləşiblər. Həmin xırda ticarətçilərə küçədə alver etməyin qanunsuz olduğu bildirilir və onlardan məhsullarını Xırdalanda yeni istifadəyə verilən və tikinti meydançasında yerləşən, toz-torpaq içində olan, yolu bərbad “Təzə bazar”da satmaları tələb edilir. Eyni zamanda, gündəlik tələbat malları satılan marketlərin sahiblərinə də meyvə-tərəvəz ticarətini davam etdirmək qadağan olunub. Bu tələblə razılaşmayan sahibkarların əksəriyyəti öz mağazalarını bağlamaq və gündəlik cüzi gəlirlərindən məhrum olmaq məcburiyyətində qalıblar. Bu qanunsuz qadağanın zərbəsi isə sahibkarlarla yanaşı, sakinlərə də dəyir. Bir müddət əvvələ qədər meyvə-tərəvəz almaq üçün evinin yaxınlığındakı marketə gedərək, vaxt və enerji itirmədə-n bazarlıq edən sakinər indi bir kiloqram kartof və ya soğan almaq üçün mütləq neçə kilometr uzaq məsafə qət edib “Təzə bazar”a yollanmalıdırlar. Təbii ki, belə dəyişiklik nə ticarətçiləri, nə də sakinləri razı sala bilməz.

İndi isə yuxarıda bəhs olunan “Təzə bazar” haqqında sakinlərdən əldə edilmiş maraqlı detallara toxunmaq istəyirik. Məlumata görə, Xirdalanda yeni istifadəyə verilmiş “Təzə bazar” kimi tanınan ticarət mərkəzi Z.Fərəcovun qardaşına məxsusdur. Xırdalanda pərakəndə meyvə-tərəvəz ticarətinə qadağa qoyulması isə bu işlə məşğul sahibkarları “Təzə bazar”a yönəltməklə obyektin gəlirlərinin daha da artırılmasına nail olmaq məqsədi daşıyır. Çox maraqlıdır ki, “Təzə bazar”ın məhz Z.Fərəcovun qardaşına məxsusluğu dəqiq bilinsə də, fərəcovlar həmin obyektin prezident İlham Əliyevin əmisi oğlu İlqar Əliyevə məxsus olduğuna dair şayiələr buraxıblar. Onlar belə şaiyələr yaymaqla fəaliyyətinə imkan vermədikləri sahibkarların mümkün etirazlardan çəkinəcəklərini düşünüblər.

Z.Fərəcovun və yaxın ətrafının yaratdğı bu problemlərin ictimailəşməsini istəyən Xırdalan sakinləri ölkə rəhbərliyinin bu məsələyə təcili müdaxilə etməsini gözləyirlər.