Xırdalanda silahlı atışmaya görə həbs edilənlərin məhkəməsi olub

xirdalanda-silahli-atismaya-gore-hebs-edilenlerin-mehkemesi-olub
Oxunma sayı: 1120

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar, Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. Təqdirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

İttihama görə, 2017-ci ildə Xırdalan şəhərində baş verən silahlı atışmada 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib. Hadisə zamanı digər bir şəxs - 1985-ci il təvəllüdlü Qəbələ sakini Paşayev Xəyal Oqtay oğlu isə üç güllə yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, qarın və qol nahiyələrindən yaralanıb, həyatını xilas etmək mümkün olub. Daha sonra Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Murad Əhməd