Xırdalanda su problemi 2-3 saata həll ediləcək

xirdalanda-su-problemi-2-3-saata-hell-edilecek
Oxunma sayı: 4900

Abşeron rayonunda əhaliyə suyun verilməsində problem yaranıb.

“Qafqazinfo”ya müraciət edən Xırdalan şəhər sakinləri bildiriblər ki, 4 gündür əhaliyə su verilmir.

“Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda Xırdalanda, hadisə yerindədir: “Su xəttinin kranı xarab olmuşdu deyə su yaxşı buraxılmırdı. Əhaliyə su verilirdi, sadəcə təzyiq aşağı olduğu üçün bəzi kənar yerlərə gedib çatmırdı. Hazırda işlər gedir, bu gündən suyun verilməsi normal qaydada davam edəcək. Bu problemin yaranması 4 gün deyil, dünəndən belə olub”.

***

Anar Cəbrayıllı bildirib ki, ərazidə təmir işləri saat 17:30 radələrində tamamlanıb: "Suyun verilməsi bərpa edilib, ilk olaraq həyət evlərinə su çatacaq. Anbarlar dolduqdan sonra hündürmərtəbəli binalar da su ilə təmin olunacaq. Bu proses ən geci 2-3 saat çəkəcək".

Murad Əhməd