Xırdalanda tədbir keçirilib

Xırdalanda tədbir keçirilib
Oxunma sayı: 972

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Abşeron Rayon Gənclər Birliyi və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin 50 illiyinə həsr olunmuş “ Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur ” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Abşeron Rayon İcraHakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Musa Quliyev, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, rayonun ziyalıları və gənclər iştirak ediblər.

İ.Gülməmmədova 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən danışıb. Xanım başçı qeyd edib ki, müasir Azərbaycan tarixinin son 50 ilinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdı.

Çıxışlardan sonra prezidentinin 2019-cu il, 27 may tarixli, 1205 nömrəli sərəncamı ilə Abşeron rayonunun social-iqtisadi həyatında xususi xidmətləri olan bir neçə şəxs ilk dəfə təsis olunmuş “Azərbaycan Xalq

Cümhüriyyətinin 100 illiyi yubileyi ” medalı ilə, Bakı Mühəndislik Universitetinin bir neçə tələbəsi isə rayonun ictimai həyatında səmərəli fəaliyyətində və təhsildə qazandıqları uğurlara görə Abşeron RİH başçısının və BMU-nun rəhbərliyinin Fəxri Fərmanı ilə təltif olunublar.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi