Xırdalanda yaşayış binasında yanğın olub

xirdalanda-yasayis-binasinda-yangin-olub
Oxunma sayı: 1369

Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqilləri, 64 ədəd işıq və 8 ədəd su sayğacı yanıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yüksək temperaturdan binanın çardağı qismən qarsalanıb. 36 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Yanğın zamanı 9 nəfər tüstüdən zəhərlənib, onlar Respublika Toksikologiya Mərkəzinə aparılıb.

Binanın çardağı və mənzillər yanğından mühafizə olunub, yanğın söndürülüb.

Murad Əhməd