Xiyarı ekspertizaya göndərdilər

xiyari-ekspertizaya-gonderdiler
Oxunma sayı: 2223

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov ANS-ə açıqlamasında bildirib ki, hazırda yaranmış vəziyyətlə əlaqədar xidmətin müfəttişləri bazarlardakı xiyarlardan nümunələr götürürlər:

“Hazırda laboratoriyada bazarlardan götürülən çoxlu miqdarda xiyarın ekspertizası aparılır. Digər məhsulları da yoxlayırıq, amma vəziyyətlə əlaqədar ən çox xiyar yoxlanılır. Biz xiyarın tərkibindəki nitratın, daha doğrusu verilən gübrənin qalıq miqdarını yoxlayırıq. Hələlik ciddi bir şey aşkar olunmayıb. Ola bilər ki, bizim xaricdə olan vətəndaşlardan kimsə həmin virusla xəstələnmiş olsun və Azərbaycana gəlsin. Belə hallara qarşı da ehtiyatli olmaq lazımdır”.

Qeyd edək ki, hazırda Azərbaycan bazarlarında yalnız yerli, bir də İran və Türkiyədən gətirilən xiyar satılır. Ümumiyyətlə, ölkəyə daxil olan bütün bitki mənşəli yüklər xüsusi zonaya daxil olur, orada isə xidmətin müfəttişləri onlardan nümunələr götürürlər.