Xızıda 20 partlamamış hərbi sursat tapılıb

Xızıda 20 partlamamış hərbi sursat tapılıb
Oxunma sayı: 494

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 3-də həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 20 ədəd partlamamış hərbi sursat (PHS), 149 ədəd partlamış-yanmış mərmi qalıqları və 187 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 725 000 kv.m (72.50 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 125 gün ərzində 25 753 ədəd partlamamış hərbi sursat (PHS), 19 765 ədəd partlamış-yanmış sursat qalıqları və 104 282 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 97 214 706 kv.m (9 721 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi