Xızıda 26 günə 8064 ədəd partlamamış hərbi sursat tapılıb

Xızıda 26 günə 8064 ədəd partlamamış hərbi sursat tapılıb
Oxunma sayı: 257

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.
 
ANAMA-dan “Qafqazinfo”ya daxil olan məlumata görə, sentyabrın 21-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən, Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində  1 əkin və 1 otlaq sahəsinə, kənd qəbiristanlığına və qəsəbə ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib,  794 ədəd partlamamış hərbi sursat (PHS), 99 ədəd partlamış-yanmış mərmi qalıqları və  1 077 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 143 000 kv.m (14.30 ha) ərazi yoxlanılıb.
 
Ümumiyyətlə, 26 gün ərzində  8 064 ədəd partlamamış hərbi sursat (PHS), 3 858 ədəd partlamış-yanmış sursat qalıqları və 13 105 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 37 868 238 kv.m (3 786.82 ha) ərazi yoxlanılıb.

 







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi