Xızıda “Nexia” aşdı, qadın sərnişin öldü

xizida-nexia-asdi-qadin-sernisin-oldu
Oxunma sayı: 1204

Xızı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza iyunun 18-də saat 10 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini A.Kamalov idarə etdiyi “Ravon Nexia” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən Quba rayon sakini Rəsmiyyə Mirzəyeva hadisə yerində ölüb. 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.