Xocalı qətliamı Ankarada aranı qarışdırdı

xocali-qetliami-ankarada-arani-qarisdirdi
Oxunma sayı: 645

Amma Hacettepe Universitetinin Beytepe korpusunda keçiriləcək konfrans baş tutmayıb. Konfrans başlayan kimi salona dolan 90 nəfərə yaxın insan etiraz şüarları atmağa başlayıb. “Bizə Xocalı lazım deyil, biz milliyətçiliyə qarşıyıq” deyə bağıran insanlar özlərini kommunistlər kimi qələmə veriblər. Onları salondan çıxarmağa çalışan Azərbaycandan olan tələbələrə əllərində gətirdikləri butulka və dəyənəklərlə ağır zərbələr endirməyə başlayıblar. Aldığımız məlumata görə aralarında kürdlərin də olduğu qrup bir neçə tələbəmizi xəstəxanalıq edib. Sonradan Ankarada yaşayan 200-ə yaxın tələbənin xəbəri eşidib hadisə yerinə gəlməsi ilə qarşıdurma daha da dərinləşib. Polisləri içəri buraxmayan Hacettepe Universtetinin rəhbərliyi təxminən 70 nəfər təhlükəsizlik əməkdaşının köməyi ilə olaya müdaxilə edib. Amma tələbələri sakitləşdirmək mümkün olmayıb. Sonda tələbələrin biri Azərbaycan səfirliyindən və onların vasitəsilə Prezident Apparatından bizim tələbələrin geri çəkilməsi tələbi xəbərini gətirib. Bundan sonra ara sakitləşib. Hacettepe Universteti özünün rəsmi saytına hadisə ilə bağlı Rektorluğun açıqlamasını yerləşdirib. (http://www.hacettepe.edu.tr/duyuru/detay.php?ku=2951)

Açıqlamada deyilir ki, olaylarda iştirak edən tələbələr cəzalandırılacaq və universtetdən Uzaqlaşdırılacaq. Amma bu olayda müdafiə vəziyyətində olduğu halda Azərbaycanlı tələbələrin cəzlandırılması daha böyük narazılıqlar yarada bilər.

Bu gün aldığımız məlumata görə xəstəxanaya aparılan yaralıların durumu sabitdir. Amma Hacettepe Universtetinin Beytepede yerləşən korpusuna və fakültələrə böyük ziyan dəyib.