Xocalı qurbanları İzmitdə anıldı - Fotolar

Xocalı qurbanları İzmitdə anıldı - Fotolar
Oxunma sayı: 718

Koceli vilayətinin İzmit şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım tədbiri təşkil olunub. 

Nəsimi rayon İcra Hakimiyyətinin Mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Xocalı faciəsi ilə bağlı təşkil olunan tədbirdə İzmit bələdiyyəsinin sədri Nevzat Doğan, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev iştirak ediblər.

Tədbirdə  həmçinin Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı digər türk dilli dövlətlərin gəncləri də iştirak edib.

Tədbirdə çıxış edən İzmit bələdiyyəsinin sədri Nevzat Doğan bildirib ki, Azərbaycan xalqının ayağına dəyən daş Türkiyənin ürəyini ağrıdır. Xocalı faciəsi türk xalqının da sağalmaz yarasıdır.

Xocalı soyqırımı abidəsinin Türkiyədə ilk dəfə İzmitdə yaradıldığını deyən Nevzat Doğan vurğulayıb ki, bu gün ölkəsinin hər bir şəhər və rayonunda şəhidlərimizin xatirəsinə anım abidəsi ucaldılır.

Gülara Verdiyeva isə çıxışında qeyd edib ki, erməni terrorçularının törətdiyi bu soyqırım heç bir zaman insanların yaddaşından silinməyəcək.

G. Verdiyeva tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, qardaş Türkiyə də bu dərdi Azərbaycanla birlikdə yaşayır. Erməni terrorunun acı nəticələrini istər Azərbaycan, istərsə də Türkiyə gələcək nəslə ötürməlidir. İzmit bələdiyyəsinin Xocalı şəhidlərinin xatirəsinə inşa etdirdiyi xatirə abidəsinin gənclər üçün  önəmli  olduğunu bildirib.

Daha sonra Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə Gülarə Verdiyeva, Nazim Qaraxanov və rayon 54 nömrəli orta məktəbin direktoru Sahibə Abbasova İzmit şəhər Peşə və Texniki Anadolu Liseyinin şagirdləri ilə görüş keçiriblər.

Nümayəndə heyəti Kocaeli şəhər valisi Hüseyn Aksoy və Körfəz bələdiyyəsinin sədri İsmayıl Baranla görüşüblər.

Kocaeli şəhər valisi ilə  görüş zamanı  vali  Hüseyn Aksoy bildirib ki, Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi qardaş Türkiyəni də narahat edir. 

Nümayəndə heyətinin Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbirlər və görüşləri davam edir.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi