Xocalı Soyqırımı Almaniyada da anıldı

xocali-soyqirimi-almaniyada-da-anildi
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” ictimai birliyinin və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin birgə təşkilatçılıgı ilə bu tədbirlərə fevralın 23-də start verilib. Tədbir iştirakçıları Xocalı soyqırımının qurbanlarına həsr olunan abidənin önünə əklil və gül dəstələri qoyublar. Daha sonra tədbir Sərgi Berlindəki Palais Tarixi binasında davam etdirildi. Tədbiri giriş sözü ilə Azərbaycanın Almaniyadakı səfiri Parviz Şahbazov açıb. Şəhidlarin xatirasi bir dəqiqəlik sükutla yad edilib. Alman dilinə tərcümə edilmiş film nümayiş edilib. Almaniya-Azəbaycan Dostluq Cəmiyyatinin sədri, ölkəmizin Baden Vüttemburq əyalətindaki Fəxri konsulu cənab Otto Hauzer dünya dövlətlari tərəfindan Xocalı soyqırımına hüquqi - siyasi qiymət verilməsinin vacibliyini qeyd etdi. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” ictimai birliyinin idarə heyətinin üzvü, milli Məclisin deputatı Rövşən Rzayev, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri Şamil Sabiroğlu və başqaları çıxış edərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumat veriblər. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanmış fotosərgiyə baxış olub. Avropa Azərbaycanlıları Konqresinin vitse prezidenti, Almaniyadakı Azərbaycanlıların Koordinasiyası Mərkəzinin icraçı direktoru Samira-Patzer İsmayılova məlum soyqırımın tanınmasında video və fotoların mühüm rol oynadığını xüsusi qeyd edib. Tədbirin ən maraqlı anlarından biri 18 il öncə Xocalıdan Almaniyaya 3 ay müddətinə dincəlməyə gələn azyaşlı Xocalı sakinləri ilə 1994-cü ildə onların məskunlaşdıqları ev sahiblərilə görüş olub. “Qaçqın Anar Usubovun uzun sürən səyahəti” filminə baxış oldu.